Cümə axşamı 18 Oktyabr 2018

Mədəniyyət

Qəmbər Hüseynlinin abidəsi memarlıq incisidir

GanjaNews - 11/01/2018

Hündürlüyü 2, pyedestalla isə 4 metr olan abidənin müəllifi Asəf Həsənovdur.

Flarmoniya bağında yerləşən və memarlıq incisi sayılan abidənin ətrafı abadlaşdırılıb, ətrafa yeni ağaclar əkilib, işıq dirəkləri qoyulub.

Qeyd edək ki, Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. Bəstəkarın “Cücələrim” mahnısı dünyanın 148 xalqının dilinə tərcümə olunub. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi “Cücələrim” qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb.

Hadisə