Bazar günü 24 İyun 2018

İdman

Gəncəli cüdoçular Azərbaycan Çempionatında qalib olub

Sənubər Göyüşqızı - 11/01/2018

Nizami yurdunun cüdo ustaları Samir İsmayılov və Ramiz Məmmədov ölkə çempionatının baş mükafatını qazanıb. Hər iki idmançı qızıl medala layiq görülüb.

İdman məktəbində məşqçi kimi fəaliyyət göstərən Ramiz Məmmədov 100 kq çəkidə mübarizə apararaq rəqiblərindən üstün olub. İdmançı 50-60 yaşlı veteranlar arasında rəqib tanımayıb. Digər idmançımız Samir İsmayılov isə 35 yaşadək tatami ustalarının yarışında qalib gəlib. 

Təcrübəli məşqçilər Samir İsmayılov və Ramiz Məmmədovun yüzlərlə yetirmələri var. Onlar arasında qitə birinciliklərinin, beynəlxalq turnirlərin, respublika çempionatlarının mükafatçıları var.

Qeyd edək ki, Azərbaycan çempionatının qalibləri ölkəmizi usta cüdoçuların Avropa yarışında təmsil etmək imkanı qazanıb.

Xatırladaq ki, qitə çempionatı iyun ayında Şotlandiyada keçiriləcək.

Photogallery

26114277 342804072860574 1288926845452299169 N

Ən çox oxunan

Hadisə