Çərşənbə günü 17 Yanvar 2018

Cəmiyyət

Gəncədə yeni ekoloji tədbirlər həyata keçiriləcək

Kamilə Seyidli - 11/01/2018

“Yaşıl ASAN”-nın Gəncə ekoloji nümayəndəliyinin təşkilatçılığı ilə “Gəncə MALL” ticarət mərkəzində ekoloji maarifləndirməyə dair sorğu keçirilib. ASAN könüllüləri cəmiyyətin ekoloji problemlərlə mübarizədə bütün təbəqələrinin iştirakını təmin etmək, onları bu işə cəlb etmək məqsədi ilə mövzuya aid suallarla şəhər sakinlərinə müraciət ediblər.

Ekoloji maarifləndirməni özünə məqsəd seçən könüllülər ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi və ətraf mühitin mühafizəsinə hər bir vətəndaşın cəlb olunmasından danışıblar.

Qeyd edək ki, real ekoloji layihələr vasitəsi ilə insanlar arasında maarifləndirmə işini effektiv şəkildə artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək üçün aparılan sorğunun nəticəsi olaraq 2018-ci ildə yeni ekoloji tədbirlər həyata keçiriləcək.

Photogallery

Asan2 Asan1

Hadisə