Çərşənbə günü 17 Yanvar 2018

Cəmiyyət

Gəncədə 'Öyrənək, öyrədək, cəmiyyətə faydalı olaq' layihəsi həyata keçirilir

Sənubər Göyüşqızı - 11/01/2018

Layihə Gəncədə fəaliyyət göstərən universitet və kolleclərin fəal tələbələri tərəfindən təşkil edilib.

"Öyrənək, öyrədək, cəmiyyətə faydalı olaq" layihəsinin rəhbəri Rəşad Dadaşov bu layihənin əsas məqsədinin imkansız ailələrin övladları, şəhid övladları, kimsəsiz uşaq evində böyüyən uşaqların ali məktəblərə və kolleclərə qəbul olmaq üçün könüllü sürətdə müəllimlər tərəfindən təmənnasız hazırlayacaqlarından ibarət olduğunu bildirib. Layihənin Gəncə üzrə nümayəndəsi Aynur Muradova artıq bir neçə şagirdin bu istiqamətdə görülən işlərdən bəhrələndiyini qeyd edib.

Bildirək ki, bu şərtlərə uyğun olan və ciddi oxuyaraq universitetə qəbul olmaq istəyən şagirdlər layihənin Gəncədə fəaliyyət göstərən komandasına müraciət edə bilər. 

Hadisə