Çərşənbə günü 17 Yanvar 2018

Təhsil

ATU-nun tələbələri üçün Çində təqaüdlə təhsil almaq imkanı yaradılıb

Kamilə Seyidli - 10/01/2018

Təqaüd magistratura və doktorantura pillələrini əhatə edir. Təqaüd müddəti magistr üçün 3 il (1 il Çin dili kursu+2 il magistratura), doktorantura üçün isə 4 il (1 il Çin dili kursu+3 il doktorantura) nəzərdə tutulub.

Təqaüd təhsil haqqı, qalmaq yeri, aylıq ödəniş və tibbi sığortanı əhatə edir. Müraciətlər yanvar-aprel ayları ərzində birbaşa təhsil alınacaq universitetə edilməlidir.

Müraciət şərtləri

1.Çin vətəndaşı olmamaq

2.Sağlam olmaq

3.Magistratura pilləsinə müraciət edənlər 35 yaşdan aşağı və bakalavr dərəcəsinə sahib olmalı, doktorantura pilləsinə müraciət edənlər 40 yaşdan aşağı və magistr dərəcəsinə sahib olmaq

Müraciət prosesi:

1. Birbaşa universitetə müraciət

2. Çin Dövlət Təqaüdü sistemində Onlayn Müraciət formasını doldurmaq

3. Onlayn müraciət forması da daxil olmaqla bütün sənədləri universitetə təqdim etmək

Müraciət üçün lazım olan sənədlər (bütün sənədlər hər birindən 2 nüsxə olmaqla ingilis və ya Çin diində təqdim edilməlidir)

1. Müraciət forması

2. Notarius təqdiqli diplom

3. Akademik transkript

4. təhsil planı (masgistratura üçün) və ya tədqiqat təklifi (doktorantura üçün)

5. 2 tövsiyə məktubu 

6. İncəsənətə müraciət edənlər öz işlərinin CD-sini göndərməlidir

7. Fiziki müayinə forması sistemdən yüklənərək doldurulmalı

8. İngilis və ya Çin dilindən sertifikat

Təqaüd üçün seçim prosesi:

1. Universitet müraciətçilərin sənədlərini qəbul edir və öz namizədlərini seçir

2. Seçilən namizədlər CSC-nin təsdiqi ilə təqaüd proqramına qəbul edilir

3. Əgər müraciətçi bir neçə universitet tərəfindən qəbul edimişsə, hansı universtetə yerləşdirmə CSC tərəfindən qərarlaşdırılır

4. CSC seçilən namizədlər haqqında məlumatı iyunun 30-na qədər universitetlərə göndərir və universitet seçilənlərə qəbul məktubu və viza üçün məktub göndərir

5. Tələbələr təhsil alacaqları universiteti və ixtisası təqaüd çərçivəsində dəyişə bilməzlər

6. Qeydiyyat tarixi ərzində qeydiyyatdan keçməyən tələbələr təqaüddən imtina etmiş sayılırlar

Universitetlərin siyahısı və digər əlavə məlumatları aşağıda qeyd olunan linkdən əldə edə bilərsiniz:

http://www.csc.edu.cn/studyinchina/scholarshipdetailen.aspx…

Hadisə