Bazar günü 24 İyun 2018

Təhsil

ADAU-nun rektoru fakültərdə görüşləri davam etdirir

Sənubər Göyüşqızı - 10/01/2018

Rektor İbrahim Cəfərovun növbəti görüşü Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə fakültələrinin professor-müəllim kollektivi ilə olub.

Ötən ilin uğurlarından danışan rektor deyib ki, ölkə prezidenti aqrar təhsilin inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə, ən müasir təhsil şəraitinin yaradılmasına xüsusi qayğı göstərir. Bütün bunlar isə tədrisin müasir standartlara uyğun yenidən qurulmasında, keyfiyyətinin yüksəldilməsində, aqrar mütəxəssis hazırlığında əsas məsələdir. İki ildə iki böyük tələbə evi kompleksinin tikilib istifadəyə verilməsi tələbələrin sosial şəraitinin yaxşılaşmasına göstərilən ən yüksək qayğı və diqqətdir. Rektor onu da əlavə edib ki, yeni ildə qarşıda daha mühüm vəzifələr durur. Kənd təsərrüfatı sahəsində ölkənin kadr hazırlığı mərkəzi olan Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivi bu il işinə daha ciddi yanaşmalı, təlim planlarını və proqramlarını, mühazirələrini təkmilləşdirilməlidir. 

Kafedra müdiri, professor Məhərrəm Hüseynov, kafedra müdiri, dosent Asif Həsənov və başqaları çıxış edib, qarşıda duran vəzifələrin məsuliyyətindən danışıblar.

Photogallery

Adau1 Adau3 Adau2

Ən çox oxunan

Hadisə