Bazar günü 24 İyun 2018

Mədəniyyət

Gəncə MKS-in Musiqi-not fonoteka şöbəsində Qara Qarayevin 100 illiyinə həsr edilən sərgi təşkil olunub

Samirə Süleymanlı - 10/01/2018

Sərgi XX əsr Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz rolu olan SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı Laureatı, bəstəkar, ictimai xadim və pedaqoq Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə “Dahilər bütün dünyaya məxsusdur” başlığı altinda keçirilib.

Şöbənin böyük kitabxanaçısı Nabat Şükürova bəstəkar Qara Qarayevin həyat və yaradıcılığına nəzər salmaqla, yetişməkdə olan gənc nəslə geniş məlumat verib. Nabat Şükürova onun novator sənətkar kimi çoxşaxəli musiqi fəaliyyətinin alovlu publisistikasının Azərbayanın, eləcə də Sovet musiqisinin inkişafına təsirindən danışıb. Qara Qarayevin musiqisi sözün əsl mənasında beynəlmiləl keyfiyyət daşıyan bir sənətdir. Bəstəkar bir sıra kinofilmlərə və dram əsərlərinə parlaq musiqi yazıb.

Qara Qarayevin yüksək humanist ideyalar tərənnüm edən ilhamlı musiqisi bu gün də yaşayır və səslənir. Dünyanı şəhər-şəhər, ölkə-ölkə gəzərək, milyonlarla qəlbləri qürur və iftixar hissi ilə doldurur. 

Photogallery

1001

Ən çox oxunan

Hadisə