Cümə axşamı 16 Avqust 2018

İqtisadiyyat

Gəncədə su təsərrüfatı və kanalizasiya sisteminin yenidən qurulması davam edir

GanjaNews - 10/01/2018

Gəncə şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması uğurla davam etdirilir.

Layihənin 4-cü mərhələsi 3 il müddətinə həyata keçirilir. Layihə çərçivəsində sovet dönəmindən qalan və istismar müddətini başa vuran müxtəlif diametrli su və kanalizasiya xətləri yenilənir. Artıq aparılan işlər şəhərin müxtəlif küçə və prospektlərində başa çatırılıb.

Hazırda şəhərin Nizami prospektində, Vaqif və Əttarlar küçələrində iş sürətlə davam edir.

Bildirək ki, Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək. 

Bütün bu işlər əlbəttə sakinlərin sevincinə səbəb olur.

Photogallery

26648570 1998090510414168 761858905 N 26648659 1998090400414179 747333522 N 26694561 1998114707078415 1585091661 N

Hadisə