Çərşənbə günü 17 Yanvar 2018

İdman

'Kəpəz' Çempionlar Liqasında 'Qarabağ'a qarşı oynamış futbolçu ilə müqavilə bağlayacaq

Samirə Səmədova - 09/01/2018

“Kəpəz”in qış fasiləsində heyətinə qatacağı daha bir futbolçu müəyyənləşib. Bu barədə Gəncə təmsilçisinin baş məşqçisi Yunis Hüseynov açıqlama verib. O bildirib ki, Gürcüstan çempionu “Samtredia”nın futbolçusu Giuli Manjqaladze artıq komandanın düşərgəsindədir. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik və ya 6 aylıq müqavilə bağlanılacaq.

Qeyd edək ki, Gürcüstan və Ukrayna vətəndaşı olan Manjqaladze ötən yay Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı hər iki oyunda iştirak edib.

Hadisə