Çərşənbə günü 17 Yanvar 2018

İdman

UEFA “Kəpəz” klubuna pul ayırıb

Kamilə Seyidli - 08/01/2018

2016/17 mövsümündə UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştirak etmiş bəzi klublar Fair Play qaydalarının pozulması nəticəsində cərimə sanksiyalarına məruz qalıblar. AFFA-nın saytına istinadən məlumata əsasən cərimələrdən toplanmış vəsait yarış iştirakçıları arasında bölünüb. Mükafatların bölgüsü qrup mərhələsində mübarizə aparan klublar üçün 80%, təsnifat mərhələsində çıxış edən klublar üçün 20% nəzərdə tutulub.

Ötən mövsüm avrokuboklarda iştirak edən Azərbaycan təmsilçiləri də paylarına düşən məbləği alıblar. Avropa Liqasının qrup mərhələsində oynamış “Qarabağ”la “Qəbələ” hərəyə 78 min 300 avro, mübarizəni təsnifat mərhələlərində dayandıran “Neftçi” və “Kəpəz” hərəyə 8 min 540 avro əldə edib. UEFA-dan ayrılan maliyyə vəsaiti artıq AFFA-nın vasitəçiliyi ilə klubların hesabına müvafiq qaydada köçürülüb.

Hadisə