Çərşənbə günü 17 Yanvar 2018

İdman

“Kəpəz” futbol klubu Antalyada təlim-məşq toplanışında olacaq

Samirə Süleymanli - 08/01/2018

“Kəpəz” futbol klubu mövsümün ikinci yarısının hazırlığına Bakıda start verib. Gəncə klubu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir.

Yanvarın 13-dək komanda məhz burada gündə iki dəfə məşq edəcək. Komanda qış hazırlığının ikinci hissəsini Antalyada davam etdirəcək. Gəncə klubu fevralın 2-nədək qardaş ölkədə təlim-məşq toplanışında olacaq.

Qeyd edək ki, məşq öncəsi tibbi baxışdan keçən futbolçuların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Müayinə prosesi uğurla yekunlaşıb və bütün oyunçuların hazırlığa qatılmasına müsbət rəy verilib.

Hadisə