Bazar günü 24 İyun 2018

Mədəniyyət

Gəncədə Molla Pənah Vaqifin yubileyi qeyd edilib

Sənubər Göyüşqızı - 06/01/2018

Gəncə şəhər 3 saylı tam orta məktəbdə görkəmli şair Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbiri məktəbin direktoru Vüsalə  Səfərova açaraq qüdrətli söz ustası, gözəllik, həqiqət və məhəbbət carçısı Molla Pənah Vaqifin yubileyinin respublikamızın hər yerində böyük təntənə ilə ilə qeyd olunduğunu bildirib. Bu cür tədbirlərin şairə böyük sevginin parlaq təzahürüdü olduğunu vurğulayıb.

Cıxış edənlər M.P.Vaqifin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatında rolu, sənətkarlıq xüsusiyyətləri barədə ətraflı məlumat veriblər. Bildirilib ki, şairin adının UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi ölkəmizin çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür.

Qeyd edilib ki, Vaqif öz ədəbi və siyasi fəaliyyəti ilə xalqla bağlı mütərəqqi şəxsiyyətlərdən biri olduğu kimi, Azərbaycan ədəbiyyatının yeni istiqamətdə inkişafına kömək etmiş qüdrətli bir sənətkardır. Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir.

Tədbirdə Səməd Vurğunun “Vaqif” dramından səhnələr və Azərbaycanın milli rəqsləri təqdim olunub. Molla Pənah Vaqifin şeirlərini səsləndirən şagirdlərin ifası rəğbətlə qarşılanıb.

Photogallery

26167846 177802809634254 6864697638302068215 N 26167527 177803046300897 8229148701373387683 N 960x641 26168251 177803032967565 5218808572639754398 N 26169943 177802952967573 2726807505559880699 N 26169124 177803259634209 363274753749435241 N 26166905 177802882967580 728465438069149124 N 26231696 177802926300909 1870447494643585836 N

Ən çox oxunan

Hadisə