Bazar günü 23 Sentyabr 2018

Mədəniyyət

Gəncə MKS-in Uşaq şöbəsində Həmrəylik günü və Yeni il qeyd edilib

Samirə Səmədova - 29/12/2017

Gəncə şəhər Mərkəzləşmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Həmrəy olaq, bir olaq” başlığı altında şənlik keçirilib.

Tədbiri giriş sözü ilə şöbənin müdiri Ellada Rəhimova açaraq iştirakşıları qarşıdan gələn bayram münasibətilə kollektiv adından təbrik edib bə xoş arzularını bildirib.

Tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub. Məktəblilərin söylədiyi şeirlər, mahnılar və Şaxta babanın gəlişi tədbiri daha da rəngarəng edib.

Şənlikdə 3 nömrəli məktəbin müəlliməsi Kəmalə Cavadova və III sinif şagirdləri, eləcədə kitabxananın oxucuları iştirak ediblər. Sonda uşaqlara Yeni il hədiyyələri verilib.

Photogallery

Yeni Il4 Yeniil7 Yenil2 Yenil1 Yenil6 Yenil5