Bazar günü 23 Sentyabr 2018

Elm

GDU-da Nanotexnologiya Akademiyası və Nanotexnologiya Olimpiadası layihəsi çərçivəsində təlim keçirilib

Kamilə Seyidli - 25/12/2017

GDU-da Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə şəhər İcra Hakimiyyətinin, Yeni Azərbayxan Partiyası Gənclər Birliyinin, Gənc Mühəndislər Birliyinin təşkilati dəstəyi ilə Nanotexnologiya Akademiyası və Nanotexnologiya Olimpiadası adlı layihə çərçivəsində təlim keçirilib.

Təlimdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, layihə rəhbəri Aytək Məmmədli və ali təhsil ocağının tələbələri iştirak edib.

Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva təlim iştirakçılarını salamlayaraq daimi inkişaf edən Nizami yurdunda reallaşan layihələrdən danışıb. Təlimin mövzusunun çox maraqlı olduğunu deyən Gülsüm Fətəliyeva tələbələri fəal olmağa səsləyib.

Layihə rəhbəri Aytək Məmmədli bu təlimin məhz Nizami yurdunda keçirilməsinin vacibliyindən söz açıb. Azərbaycanda gənclərə olan diqqət və qayğıdan danışan Aytək Məmmədli bildirib ki, layihənin əsas məqsədi nanotexnologiyanın nə olduğunu gənclərə çatdırmaq, xaricdə bununla bağlı təhsil standartlarından və dünyada olan nanotexnoloji yeniliklərdən bəhs etməkdir.

Təlimlərdə Nanotexnologiyalar haqqında ümumi fikir yaratmaqla yanaşı xaricdə bu ixtisasa necə yiyələnməli, bu ixtisasla bağlı təqaüdlərin axtarılması, konfrans matreallarından və məqalələrdən istifadə yollarıyla bağlı müzakirələr aparılıb.

Təlim iştirakçilarına sertifikat, hədiyyə, braşurlar və Nanotexnologiya haqqında təməl məlumatlar olan kitabça verilib.

Qeyd edək ki, layihə rəhbəri Aytək Məmmədli Kimya üzrə bakalavr təhsilini Bakı Dövlət Unversitetində, Yüksək Texnologiyalar üzrə magistratura təhsilini Türkiyə Cumhuriyyətinin Ankara şəhərində alıb. Təhsil sahəsindəki uğurlarına görə 2016 –cı ildə Türkiyənin ən yaxşı 20 tələbəsindən biri olub. Bir neçə beynəlxalq konfransın məruzəçisi 5 elmi məqalənin 1 patentin müəllifidir.

 

Photogallery

DSC 2945 DSC 2938