Bazar günü 24 İyun 2018

İqtisadiyyat

ADAU-nun rektoru “AqroMərkəz”in təqdimatında çıxış edib

Kamilə Seyidli - 22/12/2017

“Azərbaycanda kənd təsərrüfatı: imkanlar, problemlər və perspektivlər” mövzusuna həsr olunan tədbirdə dövlət rəsmiləri, Kənd Təsərrüfatı Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri iştirak ediblər.

ADAU-nun mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Prezidentin Aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, “AqroMərkəz”in icraçı direktoru Pavel Belorusski, FAO ofisinin rəhbəri Mələk Çakmak, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış ediblər. 

Rektor İbrahim Cəfərov çıxışında aqrar təhsilə dövlət dəstəyi, son illərdə universitetin maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması, ən müasir  avadanlıqlarla təchiz edilmiş yeni laboratoriyalar, tələbələrə verilən güzəştlər, ən müasir tələbə yataqxanalarının tikilib istifadəyə verilməsi, həmçinin beynəlxalq təşkilatlar tərəfindən göstərilən dəstək barədə məlumat verib.

Ən çox oxunan

Hadisə