Bazar ertəsi 15 Oktyabr 2018

QHT

'Gələcəyə Körpü' Belçikada Beynəlxalq Gənclər Şəbəkəsinin Ümumi Yığıncağında iştirak edib

Samirə Səmədova - 18/12/2017

Belçikanın Brüssel şəhərində “Gənclərin Mübadilə və Anlaşması” (YEU) şəbəkəsinin 2017-ci il üçün Ümumi Yığıncağı həyata keçirilib. "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin icraçı direktoru Hüseynxan Hacızadə tədbirdə ölkəmizi və Birliyi təmsil edib.

"Gənclərin Mübadilə və Anlaşması" (Youth for Exchange and Understanding -YEU) Şəbəkəsi 1986-ci ildə 11 müxtəlif ölkənin 120-dən artıq gəncindən ibarət qrup tərəfindən yaradılıb. Təşkilatın Avropa və Afrika daxil olmaqla 30-dan çox ölkədə könüllüləri, üzvləri o cümlədən əməkdaşlıqları var.

Ümumi Yığıncağın keçirilməsində məqsəd idarə heyətinə yeni üzvlərin seçilməsi, 2017-ci il üçün təşkilatın və idarə heyətin hesabatını dinləmək, növbəti il üçün strateji və iş planının təqdim olunmasıdır.

Hər il şəbəkənin üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Baş Assambleya keçirilir. Bu İdarə Heyəti seçkiləri üçün məsul orqandır. İdarə heyəti ümumi planlaşdırma, idarəetmə və şəbəkənin strategiyasının müəyyən edilməsinə görə məsuliyyət daşıyır. Ümumilikdə idarə heyəti 5 üzvdən ibarət olur və hər iki ildən bir keçirilən ümumi yığıncaq vasitəsilə təyin edilir.

Qeyd edək ki, "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi 2003-cü ildən bu şəbəkənin üzvüdür və indiyə qədər idarə heyətində təmsil olunub. 

Photogallery

25354057 921499411333540 5177804349366962271 N (1)

Hadisə