Bazar günü 24 İyun 2018

Elm

Türkiyə Silahlı Qüvvələrinin Gəncəli polkovnikindən bəhs edən məqalə hazırlanıb

Samirə Süleymanlı - 12/12/2017

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən “Azərbaycan Vikipediyası”nda polkovnik Məmməd Ağpolada həsr edilən məqalə hazırlanıb.

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan əsilli polkovniki Məmməd Ağpolad 1918-1922–ci illərdə əvvəlcə ölkəmizin, daha sonra isə Türkiyənin istiqlaliyyəti uğrunda mübarizə aparıb.

Mərkəzi Elmi Kitabxanadan bildirilib ki, məqalə tanınmış müstəqil tədqiqatçı Orxan Cəbrayılın araşdırması əsasında hazırlanıb. Məqalə ilə daha ətraflı https://az.wikipedia.org/wiki/M%C9%99mm%C9%99d_A%C4%9Fpolad linkində tanış olmaq mümkündür.

Polkovnik Məmməd Ağpolad Azərbaycan Xalq Cümhuriyyəti ordusunun birinci topçu briqadasının birinci diviziyasında batareya komandiri leytenant Məmməd Rza oğlu Rzayevdir. O, Türkiyədə soyad qanunu çıxdıqdan sonra özünə Ağpolad soyadını götürüb. Məmməd Rzayev 1897-ci ildə Gəncədə İmamalı məhəlləsində anadan olub.

Ən çox oxunan

Hadisə