Bazar günü 24 İyun 2018

Səhiyyə

Gəncədə şagirdlər icbari tibbi müayinədən keçirilib

Sənubər Göyüşqızı - 08/12/2017

Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin şagirdləri tibbi müayiənədən keçib.

“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə şagirdlər dispanserizasiyadan keçirilib. Aksiya çərçivəsində şəhər 2 saylı  uşaq poliklinikasının pediatr, nevropatoloq, lor, oftolmoloq və stomatoloqlardan ibarət səyyar qruplar 9,10,11- ci sinif şagirdlərini tibbi müayinə ediblər. Əvvəlcə şagirdlər  xüsusi avtomobildə ağ ciyərin rentgen müayinəsindən keçirilib.

Müayinələr zamanı uşaqların antropometrik ölçülərinə, görmə qabiliyyətinin, dişlərin və onurğanın vəziyyətinə xüsusi diqqət yetirilib, xəstə, xəstəliyə şübhəli və ya meyilli uşaqların aşkar edilərək xüsusi müayinə vasitələrindən istifadə edilməsinə diqqət edilib.

Müayinə  edilən 499 nəfər şagird arasında ciddi problemlər aşkar olunmayıb.

Photogallery

Sagird1 Sagird3 Sagird2

Ən çox oxunan

Hadisə