Çərşənbə axşamı 12 Dekabr 2017

Təhsil

GDU-da “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı layihənin icrasına başlanılıb

Samirə Səmədova - 07/12/2017

Hər bir tədbirdə 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı haqqında məlumat verilməsi nəzərdə tutulub.

Layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü və müdafiəsi uğrunda canından keçən şəhidlərin, eləcə də qazi və döyüşçülərin hayat və döyüş yolunu öyrənmək, həmçinin onların sücaətini gənc nəslə təbliğ etməkdir.

Universitetin mətbuat xidmətindən verilən məlumata görə, layihə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tərəfindən həyata keçirilib. 

Əvvəlcə qəhrəmanlarımızdan bəhs edən video-çarx nümayiş etdirilib.

Sonra tələbələrə Azərbaycanın Milli Qəhrəmanları – Akif Ələkbərov, Arif Qədiməliyev, Anatoli Nikolayev, Albert Aqarunov, Araz Səlimov, Alı Mustafayev, Aqil Məmmədov, Aqil Musayev, Arif Qubadov və Aqil Quliyevin həyatı, döyüş yolları haqqında məlumat verilib.

Tədbirdə çıxış edənlər – Pedaqoji fakültənin 3-cü kurs tələbəsi Əsədullayeva Fidan və 1-ci kurs tələbəsi Cəfərova Ləman bu qəhrəmanların öz fədakarlıqları ilə Vətən torpağını, xalqını müqəddəs tutmalarından danışıblar.

Qeyd edilib ki, həyat və döyüş yolları gənclik üçün nümunə olan həmin qəhrəmanlar Azərbaycanın toxunulmazlığı və ərazi bütövlüyü uğrunda canlarından keçərək, şəhidlik zirvəsinə ucalıblar.

Photogallery

Gdu1 Gdu3

Ən çox oxunan

Hadisə