Çərşənbə axşamı 12 Dekabr 2017

Təhsil

ADAU-nun əməkdaşı İsraildə keçirilən seminarda uğurla iştirak edib

Samirə Süleymanlı - 07/12/2017

Azərbaycan Dövlət Aqrar Universitetinin “Qida məhsulları və ekspertiza” kafedrasının assistenti Dr. Gülşən Əliyeva İsrailin Rexovot şəhərində yerləşən Qüds Yəhudi Universitetində Maşav proqramı çərçivəsində keçirilən “Qida təhlükəsizliyi və Qlobal dəyişikliklər zamanı texnologiya” seminarına qatılıb. Proqramda dünyanın müxtəlif ölkələrdən 20 nümayəndə iştirak etmişdir.

Seminarlarda xarici və yerli professorlar tərəfindən mühazirələr söylənilib. Müstəqil layihələrin hazırlanması dair tapşırıqlar verilib və seminar iştirakçıları üçün maarifləndirici turlar təşkil olunub. 

Keçirilən görüşlərdə Gülşən Əliyeva Azərbaycan Dövlət Aqrar Universiteti haqqında təqdimatla çıxış edib. Hazırlamış olduğu layihədə Azərbaycanda qida təhlükəsizliyinə dair qanunvericilik haqqında ətraflı məlumat verib. Çıxış proqram iştirakçıları tərəfindən böyük marağa səbəb olub. Sonda iştirakçılara "MAŞAV" sertifikatları verilib.

Photogallery

01 1

Ən çox oxunan

Hadisə