Çərşənbə axşamı 12 Dekabr 2017

Elm

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi konfrans keçiriləcək

Samirə Səmədova - 07/12/2017

Konfransda “Əzəli dostluq riştələri” filmi də nümayiş olunacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Əzəli dostluq riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri” adlı elmi konfrans keçiriləcək.

AMEA-dan bildirilib ki, tədbirdə "Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri: həyata keçirilən layihələr, perspektivlər”, “Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son iki ildə Daşkənddə özbək dilində çap olunan kitablar haqqında” və digər mövzularda məruzələr dinləniləcək. 

Konfrans çərçivəsində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında üçtərəfli əməkdaşlığa dair memorandumun imzalanması da nəzərdə tutulub.

Ən çox oxunan

Hadisə