Çərşənbə axşamı 12 Dekabr 2017

Təhsil

ADAU-da tələbələrin startap layihələrinin təqdimatı keçirilir

Sənubər Göyüşqızı - 06/12/2017

Universitetdə tələbələrin innovativ ideyalarının dəstəklənməsi üçün hərtərəfli şərait mövcuddur.

Yaradılmış yeni təsisatlar, o cümlədən aqrobiznes inkubasiya mərkəzi,  aqrokimya, toxumçuluq, qapalı və açıq balıqyetişdirmə,  kənd təsərrüfatı maşınlarının intellektual idarə edilməsi laboratoriyaları, quşçuluq, bildirçin, süni mayalanma tədris mərkəzləri, maşın-traktor parkı, heyvandarlıq kompleksi, bitki və baytralıq klinikaları, pataloji anatomiya muzeyi-auditoriyası tələbələrimizin innovativ ideyalarının, startap layihələrinin həyata keçirilməsinə geniş imkanlar yaratmışdır.

Bu imkanlardan səmərəli istifadə etmək, tələbələrin startap ideyalarını dəstəkləmək və elmə olan marağının stimullaşdırmaq məqsədilə universitetdə startap layihələrinin müsabiqəsi elan olunub. Müsabiqəyə universitetdə istehsal olunan məhsulların “ADAU brendi”nin yaradılması, ADAU-da qida dəyəri zəncirinin inkişafı, aqrar yönümlü universitetlərdə texnoloji parklar, ekoloji kənd təsərrüfatı məhsullarının marketinqi, elektron kənd təsərrüfatı, aqrar sahədə alternativ enerji mənbələrindən istifadə, kənd təsərrüfatında mütərəqqi suvarma üsullarının tətbiqi, kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən qorunması, ADAU-da “yaşıl market”in yaradılması  istiqamətləri üzrə layihələr təqdim olunur.Tələbələrin təqdim etdiyi layihələrin universitetin Aqrobiznes İnkubasiya Mərkəzində təqdimatı təşkil edilir.

Universitetin mətbuat xidmətindən verilən məlumata əsasən, layihələrin təqdim olunmasının son tarixi 20 dekabr 2017-ci ildir.

Photogallery

Adau1 Adau5 Adau9

Ən çox oxunan

Hadisə