Çərşənbə axşamı 12 Dekabr 2017

Təhsil

“British Council” təşkilatının Azərbaycan üzrə direktoru ADAU-nun müəllim və tələbələri ilə görüşüb

Samirə Səmədova - 06/12/2017

Gorüş yeni istifadəyə verilən tələbə evi kompleksinin akt zalında keçirilib. “British Council” təşkilatının əsas hədəfi təhsilin beynəlmiləlləşdirilməsi, bu sahədə Birləşmiş Krallıq təcrübəsi innovasiyasının dünyaya yayılması və təhsil partnyorlarının birgə layihələrdə əməkdaşlığa cəlb olunmasından ibarətdir.

“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt Azərbaycan Dövlət Aqrar Universitetində ingilis dilində tədris aparan müəllimlər və ingilis dilində təhsil alan tələbələrlə görüşüb.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə toplantıda təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov artıq xeyli vaxtdır bu təşkilatla işgüzar əməkdaşlığın olmasından və təlbələrin dil biliklərinin artırılması, eləcə də müəllimləri təkmilləşdirilməsi istiqmətində uğurlu nəticələr əldə edildiyindən danışıb. 

Toplantının giriş sözünü Azərbaycan dilində auditoriyaya çatdıran Elizabet Vaytla tələbələr və müəllimlər Britaniya barəsində, onun Azərbaycana münasibəti haqqında mehriban söhbət aparıblar. Elizabet Vayt müəllimləri APTİS imtahanında göstərdikləri yüksək nəticələrə görə bir daha təbrik edib və gələcəkdə əməkdaşlığımızın daha da şaxələnməsinə ümid etdiyini deyib. 

Toplantıda ingilis dilli müəllim və tələbə auditoriyasının sualları müzakirə edilib, British Councilin rəhbəri tərəfindən cavablandırılıb. Tələbələrin İELTS imtahanı ilə bağlı suallarına isə British Councilin imtahan üzrə meneceri Nərgiz Əkbərova aydınlıq gətirib. Tələbələrə imtahanın şərtləri, tələblər ətraflı izah edilib. 

Sonda xatirə şəkilləri çəkilib.

Photogallery

British4 British5 British6 British1 British7 British2

Ən çox oxunan

Hadisə