Çərşənbə axşamı 12 Dekabr 2017

Sosial

Gəncədə “Əlilliyi olan insanlar üçün müyəssər cəmiyyət” mövzusunda dəyirmi masa təşkil olunub

Sənubər Göyüşqızı - 06/12/2017

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Milli Avtomobil Klubu (AMAK) tərəfindən “Azərbaycanda əlilliyi olan şəxslər üçün müyəssər nəqliyyat: məlumatın toplanması, təkliflər paketinin hazırlanması” layihəsi çərçivəsində dəyirmi masa təşkil edilib.

Tədbiri giriş sözü ilə açan GDU-nun Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva iştirakçıları salamlayaraq, tədbiri ərsəyə gətirdikləri üçün təşkilatçılara öz minnətarlığını bildirib. Gülsüm Fətəliyeva Gəncə Dövlət Universitetində əlil tələbələr üçün yaradılan şəraitdən danışıb. Prorektor əlilliyi olan tələbələrin ali təhsilə cəlb olunması, onların təhsilinə mane olan məhdudiyyətlərin aradan qaldırılması və həmin tələbələrin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində maarifləndirmə işlərinin aparıldığını da diqqətə çatdırıb. 

Tədbirdə çıxış edən AMAK təşkilatının nümayəndəsi Vəfa Hüseynli tədbirin “Azərbaycanda əlilliyi olan şəxslər üçün müyəssər nəqliyyat: məlumatın toplanması, təkliflər paketinin hazırlanması” layihəsi çərçivəsində keçirildiyini bildirib. Vəfa Hüseynli layihənin əsas məqsədinin bütün tərəfdaşları bir araya gətirərək, əlilliyi olan insanlar, onların bərabər hüquqları barədə maarifləndirmə səviyyəsinin artırmaqdan ibarət olduğunu qeyd edib. 

Gəncə şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Kənan Məmmədov çıxışında tədbir iştirakçılarını şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin adından salamlayaraq təşkilatçılara təşəkkürünü bildirib. Gəncədə son zamanlar görülən yüksək səiyyəli işlərdən danışan Kənan Məmmədov, ölkənin hər bir yerində olduğu kimi Gəncədə də dövlətimiz tərəfindən fiziki məhdud insanlara göstərilə diqqət və qayğıdan geniş söz açıb, onların şəhərdə də işlə təmin olunduğunu deyib. 

Daha sonra AMAK-ın nümayəndəsi Gülnarə Pənahova çıxış edərək Gəncə şəhər İcra Hakimiyyətinə göstərdikləri dəstəyə görə öz minnətdarlığını bildirib. Tədbirdə əlillərin nəqliyyatda üzləşdiyi çətinliklərinin aradan qaldırılması üçün cəmiyyət arasında sorğunun keçirildiyini deyən Gülnarə Pənahova əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılması, əlilliyi olan uşaqların təhsilə cəlb olunması, əlil şəxslərlə münasibətdə düzgün terminalogiyadan istifadə edilməsi haqqında məlumat verib. 

Tədbirdə çıxış edən Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsinin sədri Elmira İsmayılova da əlillər üçün Cəmiyyət tərəfindən görülən işlər barədə məlumat verib.

Gəncə şəhər İcra Hakimiyyəti Başçısı yanında Avtomobil Nəqliyyatı və Sərnişindaşıma departamentinin hüquqşunası Ceyhun Əliyev və Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin koordinatoru Rəzalə Abbasova tədbir işçtirakçılarına dövlətimiz tərəfindən fiziki məhdud şəxslər üçün yaradılan şəraitdən danışmaqla yanaşı, onların problemlərinin həllinin hər kəsin borcu olduğunu qeyd ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

Photogallery

24301152 2244453869110236 1122132567050284430 N 24312448 2244453745776915 8122338914382360863 N 24796288 2244453632443593 3563054924222638326 N

Ən çox oxunan

Hadisə