Çərşənbə axşamı 12 Dekabr 2017

QHT

Gəncədə Gənclər Fondunun maliyyə dəstəyi ilə yeni layihə həyata keçirilir

Samirə Səmədova - 06/12/2017

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə şəhərində 05.10.2017-05.02.2018 tarixlərini əhatə edən "Gənclərin sahibkarlıq fəaliyyətlərinin təşviq edilməsi" adlı layihənin icra edilir.

Layihənin əsas məqsədi Gəncə şəhər və ətraf regionlarda yaşayan gənclər üçün müvafiq mövzularda təlimlər həyata keçirmək və Dəyirmi Masa vasitəsilə sahibkarlıq və biznes sahələrində bilik və bacarıqlarını artırmaq, eləcə də sahibkarlıq fəaliyyətlərinə fəal şəkildə cəlb olunmalarını təmin etməkdir.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr üzrə Koordinatoru Sevinc Məmmədova bildirib ki, layihə regionda yaşayan gənclərin sahibkarlıq və biznes fəaliyyətlərinə cəlb olunmalarından, düzgün marketinq və reklam strategiyaları qurmaq bacarıqlarının  inkişaf etdirilməsindən bəhs edir. Layihə çərçivəsində seçilmiş iştirakçı gənclərə  mükəmməl biznes plan yazılması, biznesin inkişaf etdirilməsi, sahibkarlıq assosiasiyalarının yaradılması, şəbəkələşmə və qərarqəbuletmə, StartUp kimi mövzularda təlimlər keçirilir.

Qeyd edək ki, təlimlər mərhələsindən sonra yekun olaraq sahibkarlıq mövzusunda Gəncədə fəaliyyət göstərən sahibkarların və təlim məzunlarının iştirakı ilə Dəyirmi Masa həyata keçiriləcəkdir. 

Photogallery

 DSC1291  DSC1205

Ən çox oxunan

Hadisə