Çərşənbə axşamı 12 Dekabr 2017

Təhsil

“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt ADAU-da olub

Mədinə Musazadə - 05/12/2017

Elizabet Vayt təhsil müəssisənin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşüb. Görüşdə rektor İbrahim Cəfərov qonağa Azərbaycan Dövlət Aqrar Universitetinin yaranma tarixi, inkişaf mərhələləri, mövcud durum, maddi texniki baza, fakültələr, ixtisaslar, yeni yaradılan tədris-təcrübə mərkəzləri, klinikalar, tələbə evi kompleksləri barədə ətraflı məlumat verib.

Universitetin mətbuat xidmətindən verilən məlumata görə, rektor görüşdə ADAU-nun beynəlxalq səviyyədə tanınması üçün ciddi işlər görüldüyünü xüsusi vurğulayıb. Rektor ən əsası ingilis dilinin tədrisinə və bu dildə qrupların yaradılmasına xüsusi önəm veriliyini bildirib. Artıq Aqrar iqtisadiyyat fakültəsində belə bir qrupun mövcudluğunu qeyd edən İbrahim Cəfərov bu qrupları Aqranomluq və Baytarlıq fakültələrində də yaradılacağını deyib.

“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt isə səmimi qəbul və ətraflı məlumat üçün rektor İbrahim Cəfərova minnətdarlığını bildirib. Elizabet Vayt universitetlə əməkdaşlığın maraqlı olduğunu vurğulayıb və bunun davamlı olması üçün əlaqələri daha da gücləndirməyi vurğulayıb. Direktor universitetdə ingilis dilinin vacibliyinin qiymətləndrildiyini və bu istiqamətdə davamlı işlərin aparıldığını deyib.

Görüşdə həmçinin qərara alınıb ki, dilin daha mükəmməl öyrədilməsi üçün Aqrar Universitedə təlim mərkəzi yaradılsın. Həm müəllimlər, həm də tələbələr bu mərkəzdən dil biliklərini artırmaq üçün istifadə etsinlər.

Görüşdə“British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin imtahan üzrə meneceri Nərgiz Əkbərova bu günə qədər olan əməkdaşlığın nəticələrindən danışıb, dillə bağlı imtahanlarda universitet müəllimlərinin fəallığını vurğulayıb.

Görüşdən sonra Elizabet Vayt təhsil müəssisəsi ilə ətraflı tanış olub, yeni Tələbə Evinin akt zalında universitetdə ingilis dilində tədris aparan müəllimlər və ingilis dilində təhsil alan tələbələrlə görüşüb.

Photogallery

Adau2 Adau5 Adau4 Adau3

Ən çox oxunan

Hadisə