Çərşənbə axşamı 12 Dekabr 2017

Cəmiyyət

Gəncədə qış mövsümündə istiliklə bağlı problem yaşanmayacaq

Kamilə Seyidli - 05/12/2017

Gəncə şəhərində qışa hazırlıq tədbirləri yekunlaşıb və istiliklə bağlı heç bir çətinlik olmaycaq. Azəristilik ASC-nin Gəncə İstilik İstismarı Sahəsinin rəisi Araz Məmmədov bildirib ki, qurumun balansında olan bütün qazanxanalar işlək vəziyyətdədir.

Araz Məmmədov qeyd edib ki, hazırda Gəncə İstilik İsitismarı Sahəsinin balansında 20 qazanxana var. Bunlardan 5 xəstəxanada, 6-sı məktəb, 4 məktəbəqədər tərbiyyə müəssisələrində quraşdırılıb. Bundan əlavə Yeni Gəncə yaşayış massivində inşa edilən 9 mərtəbəli 81 bina və qaçqın şəhərciyi də Gəncə İstilik İstismarı Sahəsi tərəfindən istiliklə təmin olunur.

Ən çox oxunan

Hadisə