Çərşənbə axşamı 12 Dekabr 2017

Cəmiyyət

Gəncə Tibb Kollecində YAP-ın yaranmasının 25 illiyi qeyd edilib

Sənubər Göyüşqızı - 05/12/2017

Yeni Azərbaycan Partiyası Gəncə Tibb Kollecinin ərazi ilk partiya təşkilatında partiyanın yaradılmasının 25-ci ildönümü münasibəti ilə dəyirmi masa keçirilib. Tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Tibb Kolleci ərazi ilk partiya təşkilatının sədri Kifayət Fəttahi bildirib ki, bu günlər ölkənin hər yerində Azərbaycanın siyasi həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasının  25-ci ildönümü  qeyd  olunur. Kifayət Fəttahi tarixi yaddaşımıza  nəzər  salsaq Yeni Azərbaycan Partiyasının ölkəmizin çətin və böhranlı dövründə obyektiv zərurətdən meydana çıxdığını iftixar hissi ilə bildirib. Dövlətin və cəmiyyətin həyatında müəyyən rol oynayan, demokratik, hüquqi, sivil, dünyəvi dövlətçiliyin təməl prinsiplərindən, əsas atributlarından sayılan siyasi partiyalar, adətən zərurətdən, milli tələbatdan yaranır. Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi nəcib amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması da tarixi zərurətdən irəli gəlib.

YAP Gəncə şəhər Təşkilatının məsul işçiləri Anya Süleymanova, Nahidə Tanrıverdiyeva, Kollecin müəllimi Aygün Danışyar, tələbələrdən Nərmin Quliyeva, Nərmin Məmmədova, Vüsalə Məmmədova, Ümid Malikoğlu və başqaları çıxış edərək,  çox ağır və çətin şəraitdə yaradılan Yeni Azərbaycan Partiyasının təsis olunduğu gündən şərəfli bir yol keçməsindən, cəmiyyətin əsas aparıcı siyasi təşkilata çevrilməsindən və partiyanın cəmiyyətdə rolundan danışıblar.

Sonda Yeni Azərbaycan Partiyası  sıralarına yeni qəbul olunan bir qrup gəncə təntənəli şəkildə üzvlük vəsiqələri təqdim edilib.

Photogallery

Tibb Tibb2

Ən çox oxunan

Hadisə