Çərşənbə axşamı 12 Dekabr 2017

Cəmiyyət

Gəncə Mərkəzləşdirilmiş Uşaq Kitabxanasında Məhsəti Gəncəvinin xatirəsinə həsr olunan tədbir keçirilib

Sənubər Göyüşqızı - 05/12/2017

Tədbir “Zülfün camalına bir yaraşıqdır, xarabət əhlinə nurdur, işıqdır” başlığı altında təşkil olunub.

Tədbiri giriş sözü ilə açan mərkəzin kitabxanaçısı Kifayət Sadıqova bildirib ki, Azərbaycan poeziyasının tanınmış nümayəndəsi olan Məhsəti Gəncəvinin yazıb-yaratdığı dövrdən 900 ildən artıq vaxt keçməsinə baxmayaraq onun şeirləri bu gündə sevilə-sevilə oxunur.

Məhsəti xanım Azərbaycan ədəbiyyatının çiçəkləndiyi bir dövrdə yaşayıb. Bu dövrdə Nizami, Xaqani kimi dahi şairlər yetişib. Məhsəti Gəncəvi Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan qədim Gəncə şəhərində dünyaya göz açıb. O, uzun və səmərəli ömür sürərək, mükəmməl təhsil alıb, poeziya, fəlsəfə, müsiqi, şahmat və başqa sahələrdə dövrünün kişi sənətkarlarından heç də geri qalmayıb.

Maraqlı keçən tədbirdə Məhsəti Gəncəvinin həyatından bəhs edən slayd nümayiş olunub. Tədbirdə kitabxananın fəal oxucuları iştirak edib.

Photogallery

Kitab Kitab1 Kitab7 Kitab6 Kitab9

Ən çox oxunan

Hadisə