Çərşənbə axşamı 12 Dekabr 2017

Təhsil

Gəncədə 'Mən Əlaçıyam!' layihəsi çərçivəsində 14 saylı tam orta məktəbdə test imtahanı təşkil edilib

Samirə Səmədova - 04/12/2017

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin fərdi kateqoriyalar üzrə qalibi olmuş “Mən Əlaçıyam!” layihəsi çərçivəsində 2-3 dekabr tarixlərində M.Müşfiq adına 14 saylı tam orta məktəbdə Gəncə şəhər orta təhsil müəssisələrinin 5-11 sinif şagirdləri üçün test imtahanları təşkil edilib.

Layihədən 1437 şagird qeydiyyatdan keçib və onlardan yalnız 1089-u imtahanda iştirak edib.

İmtahan sualları Azərbaycan-dili, İngilis-dili və Riyaziyyat fənnləri üzrə proqram əsasında tərtib edilmişdir. İmtahanda ən yüksək nəticə əldə edən ilk 30 şagirdin fotoşəkli irihəcmli banner vasitəsi ilə ictimaiyyətə təqdim ediləcəkdir.

Qeyd edək ki, “Mən Əlaçıyam!” layihəsinin məqsədi şagirdlərin təhsilə olan marağının artırılması, onlarda əlaçılıq rəqabətinin yaradılması və ictimai diqqətin təhsilə yönəldilməsidir.

Photogallery

3 6 5 8 10 4 9

Ən çox oxunan

Hadisə