Çərşənbə axşamı 12 Dekabr 2017

İqtisadiyyat

Gəncə şəhərinin yeraltı piyada keçidləri

GanjaNews - 04/12/2017

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə son illərdə geniş miqyaslı abadlıq-quruculuq işləri, şəhər üçün əhəmiyyətli iri layihələr həyata keçirilib.

Binalar, parklar, abidələr yenidən qurulub. Əhalinin istirahəti və rahatlığı məqsədilə maksimum şərait yaradılıb. Bu layihələrin bir qolu da şəhərin yeraltı keçidlərinin əsaslı şəkildə yenidən qurulması ilə bağlıdır. Bu ilin noyabr ayının 20-də Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin və həmçinin Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində avtomobillərin və vətəndaşların təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə müvafiq olaraq 2 və 3 çıxışlı 2 ədəd yeraltı keçid istifadəyə verilib. Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin kəsişməsindəki 2 çıxışlı (Gəncə Dövlət Flarmoniyasının qarşısına və Cavad xan küçəsinə çıxış) yeraltı keçidin uzunluğu 28 metr, eni 4 metr, hündürlüyü 4 metr olmaqla 650 kv.metr sahədə qranit və mərmər döşənib, dekorativ işıqlanma sistemi və təhlükəsizlik kameraları quraşdırılıb.

Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsindəki 3 çıxışlı (Gəncə Dövlət Universitetinin əsas binasının qarşısına, şəhərin baş meydanına və "Gəncə Mall" ticarət mərkəzinin qarşısına çıxış) yeraltı keçidin uzunluğu 70 metr, eni 4,4 metr, hündürlüyü 3,7 metr olmaqla 1000 kv.metr sahədə qranit və mərmər döşənib, tavan dekorativ elementlərlə bəzədilib, dekorativ işıqlanma sistemi və təhlükəsizlik kameraları quraşdırılıb.

Gəncənin mərkəzində yerləşən böyük 4 yolda da piyadaların təhlükəsizliyi üçün nəzərdə tutulan keçid əsaslı şəkildə yenidən qurularaq sakinlərin ixtiyarına verilib. Keçidə enmək üçün pilləkanlar mərmər üzlüklə üzlənib. Keçidin daima işıqlı olması məqsədilə müasir lampalar quraşdırılıb.

Əlillərin keçiddən rahat istifadəsi məqsədilə xüsusi tramplinlər də qoyulub. Dahi söz Ustadı Nizami Gəncəvinin əsərlərindən ibarət minatürlər və kəlamlar da yeni təmirdən çıxan keçidə memarlıq və dizayn baxımından xüsusi gözəllik verir.

Gəncə Dövlət Universitetinin 3-cü korpusunun qarşısında yerləşən Məhsəti Gəncəvi adına daha bir keçiddə də digər keçidlərdə olduğu kimi sakinlərlə yanaşı əlillərin də rahat hərəkəti üçün şərait yaradılıb. Dahi söz ustadları Nizami Gəncəvi və Məhsəti Gəncəvinin əsərlərindən parçalar, miniatürlər də keçidin divarlarında həkk olunub. Bundan başqa piyada keçidində əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə nəzarət kameraları quraşdırılıb.

Müasir səviyyədə təmir edilən və Azərbaycan Texnologiya Universitetinin qarşısında yerləşən M.Ş.Vazeh adına dörd giriş hissəsi olan keçidin hər bir girişində pilləkanların üstünə qar, yağış və gün düşməməsi üçün xüsusi örtük düzəldilib. Örtüyün eni 4, uzunluğu isə 10 metrə bərabərdir. Örtüklər şəffaf şüşə ilə üzlənib.

Keçidə xüsusi layihə əsasında mozaikadan hazırlanan, diametri 1 m 60 sm olan portret vurulub. Eləcə də şairin adı və misraları yazılan kompazisiya da hazırlanıb.

Photogallery

IMG 4208 BG5A5173 10273424 548169101972294 2833340008568945125 N 10492093 548169048638966 6038368810083813098 N 23658446 1745855275485843 3341885701791304508 N BG5A5105 DSC 0787

Ən çox oxunan

Hadisə