Çərşənbə axşamı 12 Dekabr 2017

Cəmiyyət

Gəncədə keçirilən 'Gəncə Gənclər Debat Forumu: Payız 2017″ yekunlaşıb

Kamilə Seyidli - 04/12/2017

Forum “Gənc Sahibkarlıq” mövzusu ətrafında reallaşıb.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Regional Debat Mərkəzinin birgə təşkilatçılığı, Gəncə Gənclər Evinin dəstəyi ilə keçirilən “Gəncə Gənclər Debat Forumu: Payız 2017″ uğurla yekunlaşıb. Forumda Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin Debat Klublarının komandaları iştirak edib. Kolleclərarası finalda Gəncə Musiqi Kolleci Debat Klubunun “Miraj” və Gəncə Dövlət Regional Kolleci Debat Klubunun “Nano” komandaları qaliadıb uğrunda mübarizə aparıb. “Nano” komandası  birinciliyi əldə edib. Universitetlər arası finalda isə Gəncə Dövlət Universiteti Debat Klubunun “Daltonlar” komandası qalib gəlib.

“Gəncə Gənclər Debat Forumu: Payız 2017″ qalib komandaların və ən yaxşı natiqlərinin mükafatlandırılması ilə yekunlaşıb.

 

Photogallery

Debat3 Debat1 Debat2 Debat5 Debat6 Debat4

Ən çox oxunan

Hadisə