Çərşənbə axşamı 12 Dekabr 2017

İdman

'Dinamo' Kirovabadın futbolçularına 'Kəpəz'in formaları hədiyyə edilib

Samirə Süleymanlı - 03/12/2017

"Dinamo" Kirovabadın SSRİ Çempionatının Yüksək Liqasına çıxmasının 50 illiyi qeyd olunub.

Əlamətdar hadisə ilə bağlı 1967-ci ildə komandanın heyətində yer almış veteran futbolçulara "Kəpəz"in formaları hədiyyə olunub. Klubun Müşahidə Şurasının sədr müavini İslam Abbasov veteranlardan Müzəffər Qasımov, Zakir Süleymanov, Ravil Batrayev və Nurəddin Əliyevi təbrik edib. O, üzərində soyadları və 50 yazılan, həmçinin "Dinamo"nun emblemi həkk olunan sarı-göy rəngli futbolkaları yubilyarlara təqdim edib. 

Qeyd edək ki, 50 illik ilə bağlı Gəncə şəhər stadionu bayram ab-havasına uyğun olaraq bəzədilib. Komandanın futbolçuları isə meydana tarixi qələbədən bəhs edən təbrik pankartı ilə çıxıblar.

Photogallery

Kepez 2 Kepez 4 Kepez 7 Kepez 5 Kepez 3 Kepez 9 Kepez 1 Kepez 10

Ən çox oxunan

Hadisə