Çərşənbə axşamı 12 Dekabr 2017

İqtisadiyyat

Gəncədə qadınlara treninq keçirilib

Kamilə Seyidli - 01/12/2017

Treninq İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və "Sahibkar Qadınlar" İctimai Birliyinin birgə təşkilatçılığı baş tutub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə KOS subyektləri üçün araşdırma və inkişaf imkanlarının genişləndirilməsi məqsədilə keçirilən treninq kurortların inkişaf perspektivləri, korporativ idarəetmə mövzularını əhatə edib.

Treninqdə "Azərbaycan Respublikasında 2009-2018-ci illərdə kurortların inkişafına dair Dövlət Proqramı", kurort işçilərinin peşə səviyyəsinin artırılması, kurort infrastrukturunun inkişaf etdirilməsi, korporativ idarəetmənin mahiyyəti  və s. barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, iştirakçılar biznes inkubatorların sahibkarlığın inkişafında rolu, biznes inkubator iştirakçıları üçün tətbiq olunan güzəştlər və s. barədə məlumatlandırılıb.

Tədbirdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumat verilib.

 

Ən çox oxunan

Hadisə