Bazar ertəsi 20 Avqust 2018

QHT

ADAU-nun tələbələrinə layihələrdə iştirakla bağlı təlim keçirilib

Samirə Süleymanlı - 29/11/2017

Bu gün ali təhsil müəssisəsində oxuyan tələbələrin elmlə yanaşı, layihə təkliflərinin hazırlanması bacarığına yiyələnməsi də əsas məsələlərdən biridir.

 Tələbə təhsil aldığı regionun sosial iqtisadi məsələləri üzrə layihə hazırlamağa daha maraqlı olmalıdır. Layihə hazırlamağa maraq tələbənin potensialını üzə çıxarmaqla yanaşı həm də onların maddi durumlarının yaxşılaşması deməkdir. 

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə bu fikirlər təhsil müəssisəsinin Aqrobiznes və idarəetmə və Aqrar iqtisadiyyat fakültələrinin tələbələri ilə keçirilən toplantıda səsləndirilib. Təlimdən əvvəl Aqrobiznes və idarəetmə fakültəsinin dekanı Əlövsət Əsgərov bu cür təlimlərin keçirilməsinin əhəmiyyətindən danışıb, toplantının işinə uğur arzulayıb.

Gəncə şəhər İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Kənan Məmmədov ADAU-nun tələbələri ilə ünsiyyətdə olmaqdan, onların təklif və layihələrini dinləməkdən məmunluğunu bildirib. Layihə hazırlamağın mahiyyətini faktlarla izah edən Kənan Məmmədov onu da əlavə edib ki, bu həmdə gənclərin vətəndaş cəmiyyətində fəallığının təsdiqi deməkdir.

Zəka Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Ramil Cəfərov isə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ildə elan etdiyi 1-ci Maliyyə Yardımı müsabiqəsinin nəticəsinə əsasən “Regionlarda Sosial İqtisadi məsələlər üzrə layihə təkliflərinin hazırlanması ilə bağlı təlimlərin təşkili” layihəsi ilə qalib olduqlarını deyib. Bildirib ki, layihənin əsas məqsədi regionlarda gənclərin və QHT-lərin inkişaf etdirilməsi, QHT nümayəndələrinin bilik və bacarıqlarının artırılması, onların müxtəlif qrant müsabiqələrdə iştirak etmələrinə dəstək olmaqdan ibarətdir. Bütün bunlarla yanaşı təlim boyu R. Cəfərov layihə hazırlamaq üçün nələri bilməyin, işi necə qurmağın detallarını izah edib. İlk olaraq layihədə əksini tapan problemin kökünün araşdırılmasını deyən təlimçi regional, lokal və qlobal layihələrin də əhəmiyyətini açıqlayıb, tələbələri ilk olaraq regional layihələr hazırlamaqda fəal olmağa çağırıb.

106 nəfər gəncin iştirak etdiyi təlim toplantısı dioloq şəklində aparılıb, tələbələri maraqlandıran suallar əhatəli və dolğun şəkildə cavablandırılıb.

Photogallery

Adau5 Adau6

İdman

Hadisə

Cəmiyyət