Çərşənbə axşamı 12 Dekabr 2017

Mədəniyyət

İsveçrənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirinin müavini Gəncədə işgüzar səfərdə olub

Kamilə Seyidli - 27/11/2017

Gəncə şəhər İcra Hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva İsveçrənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri müavini xanım Liliana Pesçini qəbul edib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva qonaqları salamlayaraq Prezident İlham Əliyevin diqqət və qayğını nəticəsində Nizami yurdunun sürətlə inkişaf etdiyini bildirib.Gəncədə beynalxalq tədbirlərin ən yüksək səviyədə keçirməsi üçün bütün şəraitin mövcud olduğunu xüsusi vurğulayan Sevda Qurbanəliyeva səfirlik tərəfindən təşkil olunacaq layihələri uğurlar həyata keçiriləcəyini bildirib.

İsveçrənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri müavini xanım Liliana Pesçini Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə olduğundan məmnunluq hissi duyduğunu bildirib. Bakı ilə yanaşı qədim tarixə, mədəniyyətə malik olan Nizami yurdunda iki layihəni həyata keçirmək istədiklərini deyən Liliana Pesçini İsveçrənin zəngin tarixini nümayiş etdirmək üçün Gəncə şəhərinin seçilməsinin heç də təsadüfü olmadığını qeyd edib.

Qeyd edək ki, İsveçrənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirliyi tərəfindən təşkil olunacaq sərgidə Sedrik Kristofer Merklinin 36 əsərləri nümaiş ediləcək. Sərgidəki şəkillər İsveçrədə keçirilən “Pendir Bölüşməsi” layihəni tərənnüm edəcək. Rəsm sərgisi ilə yanaşı İsveçirənin “Haydi” filmini nümaiş olunacaq. İsveçrədə kənd həyatını əks etdirən film 2015-ci ildə çəkilib və bir çox mükafatlar qazanıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Photogallery

14 12

Ən çox oxunan

Hadisə