Çərşənbə günü 17 Yanvar 2018

QHT

“Gələcəyə Körpü” GİB Şəkidə seminar keçirilib

Mədinə Musazadə - 23/11/2017

Seminar Azərbaycanda ilk dəfə Şəki şəhərində təşkil olunub.

Şəki şəhərində Azərbaycanda ilk dəfə olaraq "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi tərəfindən - Avropa Komisiyasının Erasmus+ Youth. Proqramı üzrə əldə edilmiş rəsmi Məlumat Mərkəzinin maarifləndirici seminarı baş tutub.

Tədbirin rəsmi hissəsində Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin icraçı direktoru və Mərkəzin koordinatoru Hüseynxan Hacızadə iştirak edib. Tədbirin giriş sözü ilə açan Vüqar İskəndərov Mərkəzin işinə uğurlar arzulayıb və Şəki gənclərini, həmçinin gənclər təşkilatlarını Proqramın imkanlarından daha çox yararlanmağa çağırıb. Daha sonra mərkəzin koordinatoru Hüseynxan Hacızadə Şəki gənclərinə Məlumat Mərkəzinin nə üçün yaradıldığını, gənclər və gənclər təşkilatları üçün hansı yardım və məsləhətlər təklif etdiyini və Erasmus + Youth. Proqramı haqqında geniş məlumat verilib.           

Sonuncu hissədə isə iştirakçılar - Məlumat Mərkəzindən olan gözləntilərini, ehtiyaclarını və verə biləcək töhvələrini müəyyənləşdirmək məqsədilə komanda işləri həyata keçirərək təqdimatlar ediblər. Ən sonda iştirakçıların sualları cavablandırılıb və yekun müzakirələr aparılıb.

Qeyd edək ki, Erasmus+ Gənclər Fəaliyyətdə rəsmi əlaqə mərkəzi titulu SALTO–nun Şərqi Avropa və Qafqaz Resurs Mərkəzi (Polşada Təhsil Sisteminin İnkişafı Fondunun hissəsi)  tərəfindən Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada fəaliyyət göstərən təşkilatlara verilir. “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi bu titul üçün namizədliyini irəli sürüb və Azərbaycanda olan təşkilatlar arasında son üçlüyə daxil olub. Final mərhələdə müsabiqədə maksimum 100 xaldan 81-ni toplayan “Gələcəyə Körpü” Azərbaycanda ilk dəfə 2017-ci ilin İyun ayından Dekabr ayınadək  Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının Rəsmi Əlaqə Mərkəzi elan olunub. Bu günədək Erasmus+ Proqramının Rəsmi Əlaqə Mərkəzi olmayıb. Qeyd edək ki, bu günədək ölkəmizdə Erasmus+ Proqramının Rəsmi Əlaqə Mərkəzi olmayıb. 

Photogallery

Gel Gele Gle Geleceye Gelecek

Hadisə