Bazar ertəsi 20 Avqust 2018

QHT

Gəncədə “Bugünkü yatırım sabaha inamdır” gənclər üçün layihənin icrasına başlanılıb

Samirə Süleymanlı - 20/11/2017

Layihə 4 ay müddətində icra olunacaq.

"Gəncə Avropa Gənclər Paytaxtı -2016" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə şəhərində gənclərin məşğulluğunda yardımçı olacaq layihəyə start verib. “Bugünkü yatırım sabaha inamdır” adlı layihə Gəncə şəhərində kimsəsiz olan gənclərin məşğulluğunu təmin etməklə yanaşı həmçinin onlara peşə təhsili də verəcək.

"Gəncə Avropa Gənclər Paytaxtı -2016" iB-nın ictimaiyyətlə əlaqələr üzrə meneceri Təbriz Rzayevin açıqlamasına əsasən layihə çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən "2 saylı Uşaq Evində", "SOS Uşaq Kəndində" və "SOS Gənclər Evində" yaşayan yeniyetmə gənclər üçün peşə yönümlü kurslar təşkil ediləcək. Peşə yönümlü kurslar iş bazarında olan tələb və təklifə uyğun olaraq seçiləcək və bu da gələcəkdə gənclərin seçdikləri peşə üzrə iş tapmaqlarında onlara yardımçı olacaq. Layihəyə cəlb olunacaq gənclərə telefon təmiri, kosmetologiya və tikiş kimi peşə dərsləri mütəxəsislər tərəfindən həyata keçiriləcək.

Layihə 20 noyabır tarixindən etibaren 4 ay müddətində icra ediləcək. Layihədən kimsəsiz uşaq və gənclər evindən ümumilikdə 20 nəfər bəhrələnə biləcək.

İdman

Hadisə

Cəmiyyət