Çərşənbə axşamı 12 Dekabr 2017

Səhiyyə

“Dünyagöz” Klinikasının həkim briqadası Gəncə sakinlərini müayinə edir

Kamilə Seyidli - 17/11/2017

Gəncədə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabr ayının 2-dən 18-dək Dünyagöz Klinikasının həkim briqadası tərəfindən Nizami yurdunun sakinləri üçün ilkin göz müayinəsi həyata keçirilir.

Dünyagöz Ödənişsiz Mobil Klinikasının məhsul şəxsi Muzaffər Sancaklı aksiya çərçivəsində gün boyu 150-dən çox insanı müayinə etdiklərini bildirib. Muzaffər Sancaklı dünyaya gələn hər bir körpə yeniyetməlik dövrünə kimi gözlərini mütamadi müayinə etdirməklə gələcəkdə problemlərin qarşısını ala biləcəklərini vurğulayıb.

Dünyagöz Ödənişsiz Mobil Klinikasının həkimi Nigar Lələyeva Gəncə sakinlərində əsasən miopiya, hipermetrop, astiqmat, katarakta və başqa xəstəliklərə rast gəldiyini bildirib. İnsanlara gözlərini vaxtında müayinə və müalicə etdirməklərini məsləhət görən Nigar Lələyeva aksiyanın sabah yekunlaşacağını bildirib.

Bildirək ki, müayinəyə gələnlərin hər biri də xidmətdən razı qalıb, aksiyanın təşkilatçılarına minnətdarlıq bildiriblər.

Qeyd edək ki, Dünyagöz Klinikası, daima yenilənən mükəmməl texnologiyası, mühazirəçi və mütəxəssislərdən ibarət 2000-ə yaxın təcrübəli işçi heyəti ilə dünyanın bir neçə müstəsna tibb mərkəzləri arasında layiqli yerini tutub. Ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş klinika artıq 21 ildir ki, müasir tələblər səviyyəsində göz müayinəsi və müalicəsi ilə məşğul olur.

Ən çox oxunan

Hadisə