Cümə axşamı 24 May 2018

QHT

Gəncədə 'Gənclərin sahibkarlıq fəaliyyətlərinin təşviq edilməsi' adlı layihənin icrasına start veriləcək

Kamilə Seyidli - 16/11/2017

Layihə dörd ay davam edəcək.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə şəhəridə 4 ay müddətində "Gənclərin sahibkarlıq fəaliyyətlərinin təşviq edilməsi" adlı layihə  həyata keçiriləcək.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr üzrə Koordinatoru Sevinc Məmmədova bildirib ki, layihənin əsas məqsədi Gəncə şəhər və ətraf regionlarda yaşayan gənclər üçün müvafiq mövzularda təlimlər həyata keçirmək  və Dəyirmi Masa vasitəsilə sahibkarlıq və biznes sahələrində bilik və bacarıqlarını artırmaq, eləcə də sahibkarlıq fəaliyyətlərinə fəal şəkildə cəlb olunmalarını təmin etməkdir.

Layihə regionda yaşayan gənclərin sahibkarlıq və biznes fəaliyyətlərinə cəlb olunmalarından, düzgün marketinq və reklam strategiyaları qurmaq bacarıqlarının  inkişaf etdirilməsindən bəhs edir. Layihə çərçivəsində həyata keçiriləcək təlim və seminarlar, eləcə də Dəyirmi Masa vasitəsilə layihə iştirakçıları mükəmməl biznes plan yazılması, biznesin inkişaf etdirilməsi, sahibkarlıq assosiasiyalarının yaradılması, şəbəkələşmə və qərarqəbuletmə, StartUp kimi mövzularda bilik və təcrübə əldə edəcəklər.

Qeyd edək ki, layihənin icrasına tezliklə start veriləcəkdir. 

Hadisə

Cəmiyyət