Çərşənbə günü 22 Noyabr 2017

Təhsil

ADAU-nun rektoru qalib komandanın üzvlərini mükafatlandırıb

Sənubər Göyüşqızı - 15/11/2017

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov “Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışında 2-ci yeri qazanan komanda üzvləri ilə görüşüb.

ADAU-nun mətbuat xidmətindən verilən məlumata görə, İbrahim Cəfərov komanda üzvləri ilə görüşündə indi hər tələbə vətəninin tarixini, onun inkişafını təmin edən liderini tanımalı,Ümummilli liderini öyrənməkdən zövq almalılarını bildirib. Çünki tarix və onu yaradanlar millətin varlığı, onun gələcəyinə işıqdır.
İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov tələbələrin tarixə marağının, öyrənmək və araşdırmaq istəklərinin güclü olduğunu bildirib və bu yarışmada yer tutanların məhz bu istəklə oxuyanlar olduğunu nəzərə çatdırıb.

Qeyd edək ki, Bakıda Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan tarixi" IV ümumrespublika bilik yarışında ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr səviyyələri üzrə əyani təhsil alan tələbələr iştirak ediblər. Bu dəfəki müsabiqədə 44 ali məktəbin komandası mübarizə aparıb."Heydər Əliyev və Azərbaycan tarixi" ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il keçirilir. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin tədqiqi və gənclər arasında geniş təbliği, Azərbaycan tarixinin öyrənilməsi, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədilə təşkil edilir. Bilik yarışmasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası 35 xalla 1-ci, Azərbaycan Dövlət Aqrar Universiteti 34 xalla 2-ci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası 33 xalla 3-cü yeri qazanıb.

Görüşün sonunda rektor İbrahim Cəfərov komanda üzvlərini qiymətli hədiyyə və fəxri fərmanlarla mükafatlandırıb, Ulu öndərin  guşəsi önündə xatirə şəkili çəkdirilib.

Photogallery

Adau1 Adau3 Adau7 Adau8 Adau4 Adau

Hadisə