Çərşənbə günü 22 Noyabr 2017

Cəmiyyət

Gəncədə “Əvvəlki seçki təcrübələrinə dair” mövzusunda seminar baş tutub

Kamilə Seyidli - 15/11/2017

“Hüquq və İnkişaf” İctimai Birliyi bu mövzuda seminarları Gəncə şəhəri ilə yanaşı Sumqayıt, Salyan, Şirvanda təşkil edib.

“Hüquq və İnkişaf” İctimai Birliyi  Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda seçki hüquqlarına və məlumatlılığına dəstək” layihə çərçivəsində Gəncədə “Əvvəlki seçki təcrübələrinə dair” mövzusunda seminar keçirib.

Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva tədbir iştirakçılarını salamlayaraq keçirilən seminarın əhəmiyyətli olduğunu vurğulayıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Kənan Məmmədov tədbir iştirakçılarına Nizami yurdunda baş verən dəyişikliklər haqqında danışıb. Kənan Məmmədov Prezident İlham Əliyevin iştirakı ilə açılan binalar haqqında geniş məlumat verib. 

Seminarda “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov “Əvvəlki seçki təcrübələri, seçki prosesinin inkişafına dair tövsiyyələr” mövzusunda çıxış edib. Çıxışdan sonra mövzu ürə diskusiyalar aparılıb, əvvəlki seçkilərlə bağlı müxtəlif məsələlər müzakirə edilib. Müzakirələrdə iştirakçılar tərəfindən bir sıra təkliflər də irəli sürülüb.

Seminarda əsasən seçki komissiyasının üzvləri və gənc seçicilər iştirak ediblər.

Lənkəranda da keçirilməsi nəzərdə tutulan seminarda iştirakçılara “Seçki şikayətlərinin verilməsi qaydaları” adlı kitabça və “Seçkilərdə iştirak üçün Bələdçi” adlı buklet paylanılıb.

Hadisə