Çərşənbə günü 22 Noyabr 2017

Təhsil

ADAU-nun tələbə evində rəsm sərgisi keçirilib

Samirə Süleymanlı - 14/11/2017

Azərbaycan Dövlət Aqrar Universitetinin ikinci tələbə evi kompleksində tələbələrin əl işlərindən ibarət “Akademik Həsən Əliyev və Azərbaycan təbiəti” adlı rəsm sərgisi keçirilib. Gözəlliyi ilə dünyanın diqqətini çəkən və qorunması üçün akademik Həsən Əliyevin böyük zəhmət sərf etdiyi Azərbaycan təbiəti sərgidə nümayiş olunan əl işlərində daha canlı və düşündürücü görünüb.

Tələbə düşüncəsindən və yaradıcılığından yaranan hər rəsm işi izləyicilər tərəfindən maraqla qarşılanıb. Sərgidə ən gözəl rəsm əsərinə görə 5 nəfər universitet rəhbərliy tərəfindən pul mükafatına layiq görülüb.

ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə təhsil müəssisəsinin rektoru İbrahim Cəfərov sərgi izləyicilərinə deyib ki, bu günə kimi Həsən Əliyevlə bağlı təhsil müəssisəsində silsilə tədbirlər keçirilib. Akademikin həyat və fəaliyyəti elmi-nəzəri cəhətdən araşdırılıb. Bununla yanaşı “Akademik Həsən Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur” adlı monoqrafiyanın təqdimat mərasimi də keçirilib.

Əməkdar Elm Xadimi, akademik Həsən Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin ən görkəmli məzunlarındandır. Akademik Həsən Əliyev 1930-cu ildə bu zəngin elm məbədinin aqronomluq fakültəsinə qəbul olunub, 1932-ci ildə həmin fakültəni vaxtından əvvəl bitirib. Onun çoxcəhətli və çoxşaxəli elmi fəaliyyəti, mənalı və ibrətli həyat yolu əsl ziyalı şəxsiyyətinin tipik xüsusiyyətləridir.

 

Photogallery

IMG 4787 IMG 4777 IMG 4797 IMG 4768

Hadisə