Çərşənbə günü 22 Noyabr 2017

İdman

“Kəpəz” – “Səbail” oyununun başlayacağı saat dəyişdirilib

Kamilə Seyidli - 14/11/2017

Topaz Premyer Liqasında XII turun şənbə günü keçiriləcək matçları erkən - günorta saatlarında başlayacaq. “Kəpəz” – “Səbail” oyunu Gəncə şəhər stadionunda keçiriləcək.

“Kəpəz” – “Səbail” ilə yanaşı “Keşlə” – “Zirə” oyunuda günorta saatlarında start götürəcək.

Peşəkar Futbol Liqasının Texniki-İdman Şöbəsinin rəisi Zamiq Hüseynov məlumatı təsdiqləyərək şənbə günü matçlarının tez başlayacağını söyləyib. Zamiq Hüseynov qeyd edib ki, “CBC Sport” hər 2 qarşılaşmanı canlı yayımlayacağından matçları eyni vaxta təyin edə bilməzlər. Bir oyun digərindən ən azı 2 saat sonra başlamalı olduğunu deyən Zamiq Hüseynov bildirib ki, canlı yayımın vaxtını tam dəqiqləşdirilməyib.

Hadisə