Çərşənbə günü 22 Noyabr 2017

Elm

Əlyazmalar İnstitutu ilə AMEA-nın Gəncə Bölməsi arasında əməkdaşlığa dair müqavilə imzalanıb

Samirə Səmədova - 14/11/2017

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə AMEA-nın Gəncə Bölməsi arasında sənəd imzalanıb. Sənədi Əlyazmalar İnstitutunun direktoruTeymur Kərimli və AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev imzalayıblar.

Müqavilə elmi əsərlərin, məqalələrin və monoqrafiyaların nəşri, birgə elmi-tədqiqat işlərinin, akademik araşdırma və informasiya mübadilələrinin aparılması, gənc elmi kadrların hazırlanması işinin əlaqələndirilməsi məqsədilə imzalanıb. Müqavilə beş il müddətinə nəzərdə tutulub. 

Hadisə