Çərşənbə günü 22 Noyabr 2017

Dünya

İlham Əliyev Gəncə ilə bağlı Sərancamlar imzalayıb

Kamilə Seyidli - 14/11/2017

Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrı və İdman Sarayı haqqında Sərəncam imzayayıb.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri bölgüsündə Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi üçün maliyyə vəsaitini nəzərdə tutsun.

 

                                                                                             XXX

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Gəncə şəhərində İdman Sarayı inşa edilsin.

2. Gəncə İdman Sarayının layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri bölgüsündə Gəncə İdman Sarayının tikintisi üçün maliyyə vəsaitini nəzərdə tutsun.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 noyabr 2017-ci il.

 

president.az

Hadisə