Çərşənbə günü 22 Noyabr 2017

Təhsil

ADAU-nun komandası 'Heydər Əliyev və Azərbaycan tarixi' bilik yarışında II yeri qazanıb

Samirə Səmədova - 13/11/2017

"Heydər Əliyev və Azərbaycan tarixi" IV ümumrespublika bilik yarışında ADAU komandası 2-ci pillədə qərarlaşıb. Heydər Əliyev Mərkəzində keçirilən yarışda ənənəvi olaraq ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr səviyyələri üzrə əyani təhsil alan tələbələr iştirak ediblər. Budəfəki müsabiqədə 44 ali məktəbin komandası mübarizə aparıb.

Yarışda ilk dəfə iştirak edən komandalar da olub. Bunlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbi, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Mühəndislik Universitetinin komandalarıdır.
 
Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar.
Qalib komandalar turlar üzrə qazanılmış xalların cəminə görə müəyyən edilib. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası 35 xalla 1-ci, Azərbaycan Dövlət Aqrar Universiteti 34 xalla 2-ci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası 33 xalla 3-cü yeri qazanıb.
Qalib komandalar mükafatlandırılıb.
 
Xatırladaq ki, "Heydər Əliyev və Azərbaycan tarixi" ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il keçirilir. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin tədqiqi və gənclər arasında geniş təbliği, Azərbaycan tarixinin öyrənilməsi, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədilə təşkil edilir. İlk müsabiqədə 44, ikincidə 46, üçüncüdə isə 42 ali məktəb iştirak etmişdi.
 
 
 

Photogallery

03 11.11.17 24 03 11.11.17 26 03 11.11.17 19 23472851 10213430538693863 4374576609579618668 N 23517965 10213430538773865 8258863236419338158 N

Hadisə