Çərşənbə günü 22 Noyabr 2017

İqtisadiyyat

Gəncədə iqtisadi islahatlarla bağlı regional ictimai müzakirə keçirilib

Sənubər Göyüşqızı - 13/11/2017

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlkər" mövzusunda Gəncədə keçirdiyi regional ictimai müzakirədə Gəncə-Qazax iqtisadi rayonuna daxil olan 300-dən artıq sahibkar, bələdiyyə və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. 

Müzakirələr "Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər" mövzusunda regional ictimai müzakirələr ölkədə aparılan islahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığın və maariflənmənin təmin edilməsi, dövlət-özəl dialoqun güclənməsinə töhvə vermək məqsədi ilə keçirilir. 

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Milli Məclisin deputatı Musa Quliyev, Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov, İqtisadiyyat Nazirliyinin sektor müdiri Fariz Əhmədov, Vergilər Nazirliyinin 12 saylı ərazi Vergilər Departamentinin Baş direktorunun müavini, iqtisadi təhlil şöbəsinin rəhbəri Pərviz İsmayılov və Kənd Təsərrüfatı nazirliyinin regional nümayəndələri çıxış edib.

Müzakirələr zamanı Gəncə, Naftalan, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuzdan gələn nümayəndələri Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev salamlayıb. Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı müzkirələrin əsas məqsədi barəsində danışıb və çıxış üçün sözü Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılova verib. 

Sektor müdiri bildirib ki, Azərbaycanda aparılan iqtisadi islahatlar davamlı xarakter daşıyır. Bu dövr ərzində ölkə rəhbərliyi tərəfindən Strateji Yol Xəritələri hazırlanıb, biznes mühitinin əlverişliyinin artırılması ilə bağlı geniş tədbirlər planı hazırlanıb. Həmçinin maqkroiqtisadi sabitliyin təmin edilməsi, biznes mühitinin təkmilləşdirilməsi, təşviq və imtiyaz mexanizmlərinin tətbiqi, sosial-rifahın yaxşılaşdırılması, maliyyə-bank sisteminin sağlamlaşdırılıması ilə bağlı onlarla islahat həyata keçirilib. Qeyd edilən rəsmi sənədlərin hər birinin hazırlanması zamanı regionlarda sahibkarların fikirləri, təklifləri öyrənilib. Elxan Mikayılov Strateji Yol Xəritəsinin bütün xalqın və xalqı təmsil edən bütün tərəflərin maraqlarını ifadə edən bir sənədin olmasının təmin edildiyini bildirib. Görülən işlərin nəticəsində 2017-ci ildə makroiqtisadi sabirlik bərqərar olunub, qeyri-neft ÜDM-i 2.8%, ixrac 30%-dək, valyuta ehtiyatları 4.5 milyard artıb, tədiyyə balansının müsbət saldosu 3 milyarda çatığını bildirən sektor müdiri növbəti il Azərbaycan sürətli inkişaf dövrü kimi yadda qalacağını qeyd edib. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə əlavə edib ki, Azərbaycanın sürətli inkişafında bölgələrin hər bir rayonu üçün spesifik istehsal sahələri yaradılır. İcraçı direktor bildirib ki, Gəncə-Qazax iqtisadi rayonu iqtisadi əhəmiyyətinə görə ölkədə ikinci yer tutur. Çünki Gəncə, Qazax və Ağstafa - əsas nəqliyyat qovşaqlarından biridir. Bu region ölkəmizi Gürcüstan və Qara dəniz sahilləri ilə birləşdirən dəmir və avtomobil yolları üzərində yerləşir. Bu baxımdan Prezident İlham Əliyev də Gəncə şəhəri və ətraf rayonların iqtisadiyyatının yüksəlməsinə xüsusi qayğı göstərir. 

Milli Məclisin deputatı Musa Quliyev öz çıxışında ötən dövrdə xüsusi ilə Azərbaycanın bölgələrində iqtisadi və sosial inkişafın ən yüksək səviyyədə təmin olunduğunu bildirib. Deputatın sözlərinə görə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi, beynəlxalq reytinqlərdə irəliləməsi də cənab Prezidentin apardığı siyasətin doğrulduğunu bir daha təsdiq edir. Musa Quliyev Gəncə-Qazax bölgəsi Azərbaycanın inkişafında xüsusi rol oynadığını qeyd edib. Musa Quliyev bu bölgənin inkişafının sürətləndirilməsi, hədəflərə çatmaq üçün zəruri tədbirlərin görülməsi diqqət mərkəzində olduğunu bildirib. Həmçinin deputat vurğulayıb ki, Azərbaycanın şaxələndirilmiş iqtisadi siyasəti öz bəhrələrini verməkdədir. 

Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəhbəri Ramil Hüseyn "Azərbaycan Respublikasında iqtisadi islahatlar: Gəncə-Qazax iqtisadi rayonunun inkişaf perspektivləri" mövzusunda prezentasiya təqdim edib. Ramil Hüseyn bildirib ki, ölkə əhlaisinin 13,6%-nin yaşadığı Gəncə-Qazax iqtisadi rayonunda kənd təsərrüfatının, sənayenin, turizmin inkişafı daim diqqət mərkəzindədir. Ramil Hüseyn bu regionda kənd təsərrüfatı ilə yanaşı turizmin, maşınqayırma sənayesinin, qara və əlvan metalluqgiyanın inkişaf etdirilməsinin böyük potensiyalı olduğunuda vurğulayıb.

İqtisadiyyat Nazirliyinin sektor müdiri Fariz Əhmədov tədbir iştirakçılarına təmsil etdiyi qurumun gördüyü işləri əhatə edən "Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilmiş nəticələr" mövzusunda təqdimat edib. 

Sonra sahibkarların, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilib. 

Qeyd edək ki, iqtisadi islahat prosesi ilə bağlı müzakirələr Azərbaycanın bütün bölgələrini əhatə edir. 

Photogallery

23472758 1975468719343014 5464521859741564197 N 23472318 1975468459343040 7342336453219696713 N 23472761 1975468466009706 6059382615948851615 N 23472942 1975468472676372 2631197995013127319 N 23472782 1975468746009678 3660283772311560852 N

Hadisə