Çərşənbə günü 22 Noyabr 2017

İdman

'Kəpəz'in zədəli idmançıları komandaya qoşulublar

Sənubər Göyüşqızı - 13/11/2017

"Sarı-göylərin" zədəli futbolçuları məşqlərə başlayıb.

Klubun saytından verilən məlumata əsasən komandanın üzvü Samba Diallonun zədələri sağalıb. Zədəsinə görə 3 çempionat oyununda Gəncə klubuna kömək edə bilməyən futbolçunun hazırlığı qaydasına düşüb. Müalicə prosesi ilə paralel olaraq məşqlərdə də iştirak edən Sambanın qarşıdakı turda meydana çıxması məşqçilər korpusunun qərarından asılı olacaq.

“Sarı-göylər”in daha bir üzvü Kərim Diniyevin də durumunda ciddi irəliləyişlər var. “Keşlə” ilə matçda ağır xəsarət alan Diniyevin uzun müddətə sıradan çıxdığı güman olunsa da, müalicəsi uğurla aparıldığından futbolçu tez bərpa olunub. İntensiv müayinə və müalicələrdən sonra Kərim fitnes və fərdi proqram üzrə məşq edib. Bu gündən isə oyunçu komandaya qoşulub.

Qeyd edək ki, “Kəpəz” Premyer Liqanın 12-ci turu çərçivəsində noyabrın 18-də “Səbail”lə qarşılaşacaq.

Hadisə