Çərşənbə günü 22 Noyabr 2017

Cəmiyyət

Gəncə-Gürcüstan sərhədi avtomobil yolu genişləndiriləcək

Kamilə Seyidli - 13/11/2017

Bunu Prezident İlham Əliyev Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, yol infrastrukturunun təkmilləşdirilməsi, müasirləşməsi üçün addımlar atılıb, yenə də atılacaq. Bakı-Gəncə avtomagistralı dünyanın ən yüksək standartlarına cavab verir, dördzolaqlı gözəl, hamar, sürətli bir yolduğunu deyən İlham Əliyev qeyd edib ki, gələn ildən başlayaraq Gəncə-Gürcüstan sərhədi avtomobil yolunu da genişləndirəcəyik. Prezident vurğulayıb ki, bizim həm digər şəhərlərimizə, həm də sərhədə gedən bu yol indi ikizolaqlıdır, genişləndirildikdən sonra dördzolaqlı olacaq.

Qeyd edək ki, Dövlət başçısı Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə bu ayın 10-da görüşüb.

Hadisə